Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:20

Şarli Ebdu yenidən Məhəmməd peyğəmbərin karikaturasını çap edir


Foto arxiv
Foto arxiv

Şarli Ebdu jurnalının hücumdan sonra çıxacaq ilk sayında Məhəmməd peyğəmbərin karikaturası olacaq.

Kütləvi informasiya vasitələri bazar ertəsi jurnalın üz qabığındakı karikaturanı yayıblar.

Yanvarın 14-də satışa buraxılacaq jurnalın turajı 3 milyondur.

Adətən jurnal 60 min tirajla çıxırdı.

Məlumatlara görə jurnal bir neçə dildə çıxacaq.

Şarli Ebdunun hüquqşünası Richard Malka Fransa radiosuna bildirib ki, redaksiya bununla göstərmək istəyir ki, onları susdurmaq istəyən ekstremistlərin qarşısında boyun əyməyəcəklər.

Yanvarın 7-də islamçı yaraqlıların jurnalın Parisdəki ofisinə edilmiş hücumda 12 nəfər ölüb.

Bu hücumda şübhəli bilinən Charif və Said Kouachi qardaşları isə 2 gün sonra polisin keçirdiyi əməliyyat zamanı öldürüldü.

Onlar bu hücumla jurnaldan qisas aldıqlarını deyirmişlər.

XS
SM
MD
LG