Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:59

Bakıdakı 14 saylı həbsxanada törədilən qətllı bağlı cinayət işi başlanıb


Foto arxiv
Foto arxiv

Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumun ölümü ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 22-də həmin müəssisədə cəza çəkən Elşad Babayevin ölümü ilə bağlı daxil olan məlumat əsasında hadisə yeri və meyitə baxış keçirilib.

İlkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək qaydaları pozub, əməkdaşların tələblərinə əməl etməyərək pozucu hərəkətlərə yol veriblər.

Bununla əlaqədar Elşad Babayevin ölümünün səbəbləri, habelə həmin məhkumların hərəkətləri nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınıb, Elşad Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülərək zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı hazırda Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

XS
SM
MD
LG