Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:38

İlham Əliyev: "Xalqla iqtidar arasında möhkəm birlik var"


İlham Aliyev Olimpiya komitəsinin iclasında. Noyabr 2014
İlham Aliyev Olimpiya komitəsinin iclasında. Noyabr 2014

- Yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Prezidentin rəsmi saytında yerləşdirilən xəbərdə deyilir ki, toplantı 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunub.

XALQ VƏ HAKİMİYYƏT BİRDİR

Prezident çıxışında deyib ki,2014-cü ildə dünyada gedən iqtisadi və siyasi proseslər Azərbaycana təsir etməyib, ölkə təhlükəsizlik şəraitində yaşayaraq sürətli inkişaf tempini saxlayıb. İlham Əliyevin fikrincə, Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var.

ERMƏNİSTAN İMİTASİYA TAKTİKASINA ÜSTÜNLÜK VERİR

Xəbərdə bildirlir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, 2014-cü ildə də Ermənistan imitasiya taktikasına üstünlük verib və münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb. Onun sözlərinə görə, ötən il bir neçə dəfə Ermənistanın açıq təxribatlara əl atsa da, Azərbaycan ordusu düşmənə böyük itkilər yetirərək bu cəhdlərin qarşısını alıb.

AZƏRBAYCANIN DÜNYADA HÖRMƏTİ VAR

Azərbaycanın xarici siyasətindən danışan prezident qeyd edib ki, ölkənin xarici əlaqələri uğurlu olub.“Azərbaycan dünyada böyük hörmətə malikdir”, - deyən dövlət başçısı Azərbaycanın müsbət imicini korlamaq təşəbbüslərinin olduğunu da bildirib. İlham Əliyev deyib ki,Azərbaycana beynəlxalq miqyasda qarayaxma cəhdləri əbəsdir və heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz.

Çıxışın Dağlıq Qarabağ probleminə həsr olunan hissəsi haqda daha ətralı burada oxu

ƏHALİNİN PUL GƏLİRİ İNFLYASİDAN SÜRƏTLƏ ARTIR

Azərbaycanda iqtisadı islahatların davam etdiyini bildirən prezidentAzərbaycan iqtisadiyyatının 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını bildirib. Onun sözlərinə görə, 2014-cü ildə inflyasiya 1,4 faiz olduğu halda əhalinin pul gəlirləri 4,8 faiz artb.

XEYLİ İŞ YERLƏRİ

"2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisəsinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən dövlət başçısı bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirib". - deyə prezidentin saytInda bildirilir.

AVROPA OYUNLARI MÜHÜM FÜRSƏTDİR

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına toxunan İlham Əliyev hazırlıq işlərinin yüksək səviyyədə getdiyini oyunların təşkilat komitəsinin fəallığını qeyd edib. Onun fikrincə, Avropa Oyunları sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların Azərbaycanla, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir.

Toplantıda İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov də çıxış edərək, 2014-cü ilin yekunlarından qarşıda duran vəzifələr haqda danışıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG