Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 13:38

FİFA-nın reytinq cədvəlində Azərbaycan yığması daha 11 pillə geriləyib


FİFA-nın oktyabrın 18-də açıqladığı reytinq cədvəlində Azərbaycanın futbol üzrə milli komandası 11 pillə geriləyərək 117-ci yerdən 128-ci yerə düşüb.


Bundan əvvəl, 2006-cı il sentyabrın 13-də FİFA-nın açıqladığı reytinq cədvəlində də Azərbaycan 11 pillə geriləyərək 106-cı yerdən 117-ci yerə düşmüşdü.


Gürcüstan bu siyahıda 98-ci, Ermənistan isə 119-cu yeri tutur. Rusiya isə 39-cu pillədən 33-ə qalxıb.


Siyahıda Braziliya birinci, Türkmənistan isə sonuncu yerdədir.


Keçmiş sovet respublikalarının hamısından yaxarıda 13-cü yerdə Ukrayna yığmasıdır.


XS
SM
MD
LG