Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 17:24

Azərbaycanda «Belarus» markalı traktorlar yığılacaq


«Belarus» traktorları
«Belarus» traktorları
Minsk Traktor Zavodu Azərbaycanda «Belarus» traktorlarını yığan müəssisə yaradır. Belə bir razılıq Belarusda səfərdə olan Azərbaycanın prezidenti İlham Əliyevin oktyabrın 18-də Minsk Traktor Zavoduna baş çəkməsindən sonra əldə olunub. Zavodun baş direktoru Aleksandr Puxovoyun jurnalistlərə dediyinə görə, Azərbaycan bazarında Belarus istehsalı olan traktorlara böyük ehtiyac var. Hazırda Minsk Traktor Zavodu Azərbaycana ildə 100 traktor göndərir. Zavod direktorunun dediyinə görə, müəssisə fəaliyyətə başlayandan sonra Azərbaycana ildə 500-dən 1000-nə qədər traktor yığılması üçün hissələr göndəriləcək.

Cənab Puxovoy bildirir ki, Azərbaycanda yaradılacaq müəssisə Avropa standartlarına cavab verən yüksək texnologiya ilə təchiz olunacaq.


XS
SM
MD
LG