Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:12

Neft qiymətləri enməkdə davam edir


Qlobal neft qiymətləri bu cümə günü də 89 sent ucuzlaşaraq bir barrel üçün 50 dollar olub.

Bu, 2009-cu ilin aprelindən bəri ən aşağı qiymətdir.

Birjada gün ərzində qiymət hətta 49 dollara enibmiş.

ABŞ-da da xam neftin qiyməti enərək bir barrel üçün 48, 36 dollar olub.

Wood Mackenzie neft təhlili firmasının verdiyi məlumata görə neftin qiyməti hətta 40 dollara ensə belə istehsalın itkiləri cəmi 2 faiz təşkil edəcək.

Firmanın analitiki Robert Plummer deyib ki, istehsalçılar üçün istehsalı dayandırmaqdansa, bir qədər ziyanla da olsa işləmək daha sərfəlidir.

XS
SM
MD
LG