Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

AzadlıqRadiosu əməkdaşlarının dindirilməsi davam edir


-

AzadlıqRadiosunun əməkdaşı İslam Şıxəli yanvarın 9-da Hövsan polisinə aparılıb. Özünün bildirdiyinə görə, onu idarəyə rəis müavini aparır və rəisin çağırdığını deyib.

Sonradan jurnalistin Bakı Şəhər Polis İdarəsinə aparıldığı bəlli olub.

İslam Şıxəli öncə də Bakı Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib.

Yanvarın 8-də və 9-da radionun bir neçə əməkdaşı istintaqa çağrılıb.

Dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisi möhürlənəndən sonra, radionun əksər əməkdaşları sorğu-sual olunub.

XS
SM
MD
LG