Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Rəsulzadənin seçilmiş əsərlərindən ibarət 1-ci və 2-ci cildlər artıq hazırdır


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

“Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərindən ibarət 1-ci və 2-ci cildlər artıq hazırdır və kitablar Mədəniyyət və Turizm Nazirliyinə verilib”.

Bunu APA-ya Rəsulzadə irsini araşdıran, professor Şirmməmməd Hüseynov deyib.

O 3-cü, 4-cü və 5-ci cildlərin elektron variantının da nazirliyə təhvil verildiyini və yayadək bu kitabların da hazır olacağını qeyd edib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2013-cü il noyabrın 22-də Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərənacama əsasən müvafiq qurumlar xüsusi tədbirlər planı hazırlayıb.

Bu planda Rəsulzadənin Azərbaycanın dövlətçilik tarixində rolu mövzusunda elmi konfrans keçirilməsi, onun xarici arxivlərdə olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, ictimai-siyasi fəaliyyəti və müasirlik mövzusunda elmi sessiyalar və digər tədbirlər keçirilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG