Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

İranda qadın müğənni klipə çəkildi, aləm qarışdı [Video]


Tunis - Majid Derakhshani (solda) musiqi festivalında çıxış edir, 25 sentyabr, 2014
Tunis - Majid Derakhshani (solda) musiqi festivalında çıxış edir, 25 sentyabr, 2014

-

İran hökuməti tanınmış musiqiçi və bəstəkar Majid Derakhshani-nin ölkəni tərk etməsinə qadağa qoyub.

Musiqiçi “Etemad” qəzetinə deyib ki, təhlükəsizlik orqanları Tehran aeroportunda onun pasportunu əlindən alıblar.

Ötən həftənin sonu o, Dubaya səfər etmək istəyirdi.

Derakhshani deyib ki, hökumət onun xarici səfərlərinə niyə qadağa qoyduğunun səbəbini izah etmir. Amma musiqiçi inanır ki, bu, onun “Mah Banoo” adlı ansamblının son kliplərində qadın müğənninin də ifasının yer alması ilə bağlıdır.

İslam inqilabından sonra İranda qadınların televiziyada solo ifası və kişi auditoriyası qarşısında çıxışı qadağan edilib:

“Hökumət bizim ansamblda hətta tamamilə İslami geyim qaydalarına uyğun geyinmiş, hicab taxmış qadın müğənnilərin də olmasını istəmir”.

Ardı "Mah Banoo" ansamblının klipindən aşağıda

Sözügedən klipə İnternetdə on minlərlə insan baxıb. Onu hətta ölkə xaricində fəaliyyət göstərən farsdilli telekanallar da nümayiş etdirib.

Derakhshani deyib ki, o və ansamblın digər üzvləri son aylarda dəfələrlə polis tərəfindən sorğu-sual edilib. Həmin sorğular qadın müğənnilərin ifası ilə bağlı olub..

İranın Mədəniyyət Nazirliyi bildirib ki, Derakhshani-yə qadağanı o qoymayıb.

Amma nazirliyin sözçüsü onu da əlavə edib ki, İranda qadın müğənnilər yalnız qadınlar qarşısında çıxış edə bilərlər. Sözügedən klip ona görə qadağan edilib ki, onu İnternetdə hər kəs izləyə bilər.

"Mah Banoo" ansamblının çıxışı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG