Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:38

Madonnanın "bəzədiyi" şəkillər qalmaqal yaratdı


Madonna və Diana
Madonna və Diana

-

Pop kraliçası Madonna İnstagramda paylaşdığı şəkillərlə qalmaqal yaradıb.

Müğənni yeni albomu olan "Rebel Heart"ı (Üsyankar ürək) sosial mediada tanıtmaq üçün istəblişməntə qarşı çıxmış görkəmli şəxsiyyətlərin şəkillərini paylaşıb - başlarına ip dolanmış şəkildə.

Həmin şəkilləri Madonnanın fanatları "düzəldiblər".

Amma ABŞ-da qaradərililərin hüquqları uğrunda mübariz Martin Luther King-in, Cənubi Afrikada irqçi rejimə qarşı çıxmış Nelson Mandelanın və Britaniya kral ailəsinin keçmiş üzvü, şahzadə Diananın "bəzədilmiş" şəkilləri heç də birmənalı qarşılanmayıb.

Bir çoxları Facebook-da müğənnini zövqsüzlükdə, görkəmli şəxsiyyətlərin obrazından öz biznes maraqları üçün istifadədə, hətta irqçilikdə qınayıblar.

"Mən özümü heç kəslə müqayisə etmirəm" - deyə Madonna tənqidlərə Facebook-da münasibət bildirib: "Mən onların üsyankar ruhlarına heyranam. Bu nə cinayətdir, nə təhqir, nə də irqçi hərəkət... Ümid edirəm ki, həyatda həmin adamların elədiklərinin heç olmasa 100-də 1-ni etməyə nail olacam ".

"Guardian" qəzeti isə yazıb ki, 56 yaşlı müğənni heç də irqçi deyil, sadəcə, reallıq hissini itirib və bilmir ki, sosial media əslində necə işləyir.

Madonnanın yeni albomu ötən ay satışa çıxarılıb.

Martin Luther King və Nelson Mandela
Martin Luther King və Nelson Mandela

XS
SM
MD
LG