Keçid linkləri

2017, 25 Yanvar, çərşənbə, Bakı vaxtı 02:03

James Warlick: “2015-ci il Dağlıq Qarabağda sülh ili olmalıdır"


James Warlick

James Warlick

“2015-ci il Dağlıq Qarabağda sülh və uzunmüddətli həll ili olmalıdır. Zorakılığın bərpası buna cavab deyil”.

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick özünün Twitter səhifəsində son günlər cəbhə xəttində gərginliyin artmasına münasibət bildirərkən yazıb.

Yanvarın 3-də cəbhə bölgəsində yenidən insident baş verib.

Ermənistan tərəfi Azərbaycanın təxribat qrupunun hücumu nəticəsində 2 hərbçisinin öldüyünü bildirir.

Azərbaycan tərəfi isə bunu təkzib edir və hərbçilərin hərbi hissədə baş verən atışma nəticəsində öldüyünü bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG