Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 13:18

Berlində Normandiya formatında görüş olacaq


Yanvarın 5-də Berlində "Normandiya formatı"nda görüş keçiriləcək. Ukrayna, Rusiya, Fransa və Almaniya təmsilçiləri Ukrayna münaqişəsinin mümkün həllini müzakirə edəcəklər. İştirakçılar Minsk sazişinin həyata keçirilməsi üçün planlarını təqdim edəcəklər.

Tərəflər gələcəkdə bu formatda daha yüksək səviyyəli görüşün keçirilməsinə ümid edirlər. Ukrayna prezidenti Petro Poroshenko dekabrın sonunda deyib ki, yanvarın ortasında Qazaxıstanın paytaxtı Astanada belə bir görüşün keçiriləcəyinə ümid bəsləyir.

İyunda Normandiyada Almaniya kansleri və Fransa prezidenti Moskva və Kiyev danışıqlarında vasitəçi kimi çıxış edib. O vaxtdan Ukrayna, Rusiya, Almaniya və Fransa təmsilçilərinin görüşü "Normandiya formatı" adlanır.

XS
SM
MD
LG