Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:59

Atəşkəs 64 dəfə pozulub


Yanvarın 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirirlir ki, Ermənistan tərəfi iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir.

“Bu, Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcək. Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqların düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik.”- deyə nazirliyin məlumatında deyilir.

Ümumilikdə ötən gün müxtəlif istiqamətlərdən atəşkəs 64 dəfə pozulub.

Azərbaycanın müdafiə nazirliyinin bəyanatına Ermənistan tərəfi hələ cavab verməyib.

XS
SM
MD
LG