Avropa Birliyi TACİS layihəsi üzrə sonuncu yardım proqramıyla Azərbaycana 22 milyon avro ayıracaq. 22 milyon avronun əsas hissəsi-3 milyonu investisiya mühitinin yaxşılaşmasına, 3 milyonu İqtisadi İnkişaf Nazirliyinin struktur dəstəyinə, 3 milyon peşəkar təhsilə və ixtisasartırmaya ayrılacaq. TACİS Proqramının Bakı ofisindən verilən məlumata görə, sözügedən layihə çərçivəsində ümumilikdə 14 il ərzində Azərbaycana Avropa İttifaqı 128 milyon avroya yaxın yardım edib. Ümumilikdə, Birliyin Azərbaycana bu müddətdə yardımı 420 milyon avroya çatıb.