Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 07:59

Azərbaycan ordusu "diversiya ittihamı"nı rədd edir


-

Qondarma "Dağlıq Qarabağ Ordusu"nun mətbuat xidməti bildirir ki, dünən gecə Azərbaycan silahlı qüvvələri onların nəzarət etdiyi əraziyə daxil olaraq 2 əsgəri öldürüb, birini də yaralayıblar.

Məlumata görə, insidentlər qoşunların təmas xəttinin şərq və cənub hissələrində baş verib və "görülən tədbirlər nəticəsində" qarşı tərəf "itki verərək geri çəkilib".

Məlumatda ölən və yaralanan əsgərlərin adları da açıqlanır: Karen Grigoryan və Vartan Mkrtchyan ölüb, Volodya Arutunyan yaralanıb.

Azərbaycanın Müdafiə Nazirliyi "diversiya ittihamı"nı rədd edib.

"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır.

Təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan "diversantı" görünür. Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb" - Nazirliyin saytındakı məlumatda bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG