Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 20:27

Ukrayna 1 əsgərinin öldüyünü, 5-nin isə yaralandığını deyir

Foto arxiv
Foto arxiv

Ukraynanın şərqində 1 Ukrayna əsgəri ölüb, 5-i isə yaralanıb.

Bunu yanvarın 2-də Ukrayna ordusunun sözçüsü Andrey Lisenko deyib.

Amma o vəziyyətin kəskin dəyişmədiyini bildirib.

Iisenkonun sözlərinə görə, separatçılar Donetsk, luhansk və Mariuplda ara-sıra silahlı təxribatlar törədirlər.

Ukrayna kəşfiyyatının məlumatına görə, münaqişə zonasına hələ də Rusiya hərbçiləri gəlməkdədir.

Separatçılar isə atəşkəsin pozulmasına görə Ukrayna ordusunu günahlandırır.

This item is part of
XS
SM
MD
LG