Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına öz dəyərli töhfəsini vermişdir. Bu fikri Yeni il münasibətilə xalqa müraciət edən prezident İlham Əliyev səsləndirib.
2014-cü ilin uğurlu olduğunu deyən İlham Əliyev bildirib ki, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilib, Azərbaycanın dinamik inkişafı təmin olunub, onun beynəlxalq mövqeləri daha da möhkəmlənib.