Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:55

İntiqam Əliyevin işi üzrə istintaq yekunlaşıb


İntiqam Əliyev
İntiqam Əliyev

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə istintaq yekunlaşıb.

Bunu “Azadlıq” radiosuna hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy deyib. Onun sözlərinə görə, ittiham aktı vəkil Cavad Cavadova təqdim olunub. Məhkəmənin gələn ilin yanvar ayında keçiriləcəyi gözlənir.

İntiqam Əliyev avqustun 8-də tutulub, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunur.

O ittihamları rədd edir.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

XS
SM
MD
LG