Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:03

Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa çıxıblar


Dostları Zaur Qurbanlı və Üzeyir Məmmədlini həbsxana qarşısında qarşılayıb (Foto: Samir Əsədli)
Dostları Zaur Qurbanlı və Üzeyir Məmmədlini həbsxana qarşısında qarşılayıb (Foto: Samir Əsədli)

Dekabrın 30-da həbsdə olan NİDA-çı fəallar Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa buraxılıblar. Bu haqda AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatından məlumat veriblər.

Həbsdən çıxan NİDA-çılar Rəşadət Axundovun babası və Şahin Novruzlunun atası- İbrahim Novruzlunun məzarını ziyarət etməyə gediblər. Rəşadət Axundovun babası və İbrahim Novruzlu NİDA-çıların məhkəmə prosesləri zamanı vəfat ediblər.

Zaur Qurbanlı və Üzeyir Məmmədli daha 6 NİDA-çı fəal - Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, , Rəşad Həsənov və İlkin Rüstəmzadə ilə birlikdə 2013-cü ilin mart-may aylarından həbsdədirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart tarixli etiraz aksiyasında kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə və narkotik saxlamaqda və xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Bundan əvvəl Şahin Novruzlu prezidentin sərəncamı ilə əfv olunmuşdu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG