Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:01

Barack Obama: Putin “o qədər də müdrik” hərəkət etməyib


Prezident deyib ki, onun Rusiyalı həmkarını “dahi” sayanların yanıldıqlarını Rusiyanın hazırda düşdüyü iqtisadi böhran isbat edib.

Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama deyib ki, Vladimir Putin “o qədər də müdrik olmayan” hərəkətlə Krımı ilhaq edərkən “strateji səhvə” yol verib.

NPR Milli İctimai Radiosuna (National Public Radio) Ağ Evdə müsahibə verən prezident deyib ki, onun Rusiyalı həmkarını “dahi” sayanların yanıldıqlarını Rusiyanın hazırda düşdüyü iqtisadi böhran isbat edib.

Obama qeyd edib ki, iqtisadi sanksiyalar Rusiyanı neft qiymətlərinin dəyişdiyi bir şəraitdə daha da zəiflədib.

Əgər xatırlayırsınızsa…

ABŞ prezidenti son dərəcə geniş radio müsahibəsində Rusiya prezidentinin ona üstün gəldiyini iddia edən siyasi opponentlərini kəskin tənqid atəşinə tutub.

“Əgər xatırlayırsınızsa, üç-dörd ay bundan əvvəl Vaşinqtonda hamı inanmışdı ki, prezident Putin dahidir və o bizim hamımıza üstün gəlib və …Rusiyanın qüdrətini artırıb – deyib Obama, - Bu gün mən hiss edirəm ki, ən azı Rusyanın xaricində bəlkə bəzi adamlar Putinin etdiklərinin o qədər də müdrik olmadığını düşünürlər”.

ABŞ həm neftə, həm də iPad və filmlərə güvənir

Cənab Obama əmin olduğunu bildirib ki, sanksiyaların təsiri nəticəsində zəifləmiş Rusiya neft qiymətlərinin dəyişkənliyi şəraitində “qaçılmaz” və “nəhəng çətinliklərlə” üzləşəcək.

“Bizim Rusiyadan böyük üstünlüyümüz, ondan fərqli olaraq dinamik, canlı iqtisadiyyata malik olmağımızdadır" – deyib ABŞ prezidenti, - Onlar neftə güvəniblər. Biz isə neftə, iPad-lərə və filmlərə, qalanını siz deyin, daha nələrə güvənmişik…”

Barack Obama bildirib ki, neft qiymətlərinin düşməsinə ABŞ şist neftinin istehsal artımı səbəb olub və bu Putinin cilovlanmasında əsas rollardan birini oynayıb.

Rusiya neftdən əvvəl çökə bilər

ABŞ prezidenti bu qənaətdədir ki, Rusiya iqtisadiyyatı neft qiymətlərinin hələ tam iflasından daha tez çökə bilər.

Mətbuat yazır ki, Rusiya Krımın ilhaqının ardınca bir sıra çox böyük problemlərlə üzləşib.

ABŞ və Avropa İttifaqının sanksiyaları, neftin qiymətinin kəskin düşməsi və rublun yarıbayarı ucuzlaşması Moskvanı çətin duruma salıb.

Barack Obama deyib ki, ABŞ Rusiya ilə müharibə istəməsə də, onun üzərinə təzyiqin bel sütunu rolunu oynayır və başqa ölkənin suverenlyini pozan Rusiya müəyyən zaman içində “strateji səhv etdiyini” anlayacaq.

Cənab Obama həmçinin İslam Dövləti məsələsinə toxunarkən bildirib ki, İraq və Suriyaya qoşun göndərilməsi hazırkı şəraitdə yalnız əks-nəticələr verərdi.

“Strateji səbir”

Cənab Obama İran məsələsinə toxunarkən deyib ki, bu ölkə Kubadan daha təhlükəli və daha təkmildir, lakin o tezliklə Tehranda ABŞ səfirliyinin açıla biləcəyini də istisna etməzdi.

Bununla belə, prezident qəti inandığını bəyan edib ki, İranın nüvə silahı əldə etməsinə yol verilməməlidir.

Təhlilçilər bu qənaətdədirlər ki, Obama ənənəvi illik qış tətilinə getməzdən əvvəl verdiyi müsahibədə onun xarici siyasətini tənqid edənlərə cavab verməyə çalışıb.

O deyib ki, Ağ Evdə olduğu altı il ərzində “bir qədər strateji səbrə” malik olmağı öyrənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG