Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 04:44

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək


Dilqəm Əsgərov

Dekabrın 30-da Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında iyulda Kəlbəcərdə girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin azadlığa buraxılmaları tələbi ilə aksiya keçiriləcək.

Bu barədə APA-nın Gürcüstan bürosuna Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov məlumat verib.

O bildirib ki, aksiya Tbilisi şəhər meriyası ilə razılaşdırılıb.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ rejimi onların üzərində qondarma məhkəmə qurub.

Dilqəm Əsgərovla Şahbaz Quliyev işğal altında olan Kəlbəcərə doğmalarının qəbirlərini ziyarət etmək üçün getmişdilər.

XS
SM
MD
LG