Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:09

İranın ali rəhbəri ABŞ-ı tvitterdə tənqid edir


Ayətullah Ali Khamenei.
Ayətullah Ali Khamenei.

Ayətullah Ali Khamenei-nin Birləşmiş Ştatları irqi məsələlərə görə hashtag-lərdən istifadə edərək tvitter atəşinə tutduğu barədə xəbərlər yayıb.

Qərb mətbuatı İranın ali rəhbəri Ayətullah Ali Khamenei-nin Birləşmiş Ştatları irqi məsələlərə görə hashtag-lərdən istifadə edərək tvitter atəşinə tutduğu barədə xəbərlər yayıb.

Qəzetlər yazır ki, ayətullah Amerikada baş vermiş silsilə “polis zorakılıqları” barədə debatlara qoşulub.

Ayətullah Khamenei ABŞ-ın Ferqyuzon şəhərində qaradərili yeniyetmənin öldürülməsini fələstinlilərin Qəzza zolağındakı ölümləri ilə müqayisə edib.

Məqalələrdə bildirilir ki, İranın ali rəhbəri avqustun 9-da Missuri ştatında qaradərili yeniyetmə Michael Brown-nun polis nəfəri Darren Wilson tərəfindən öldürülməsi mövzusuna vaxtaşırı müraciət edir.

Məsih burda olsaydı

Zamanın Milad bayramı ərəfəsinə çəkdiyini nəzərə alan Khamenei Birləşmiş Ştatları “İsa peyğəmbərin iztirablarını yad edərkən, Ferqyuzondakı etirazçıların iztirablarına laqeyd yanaşmaq riyakarlığında” ittiham edir.

“Məsih bu dünyanı cəhənnəmə döndərən tiranların əlində iztirab çəkib” – yazır ayətullah ingilisdilli hashtag-da, - Əgər Məsih bu gün burda olsaydı, bir an da düşünmədən lovğalara qarşı mübarizə aparmağa və əzilənləri müdafiə etməyə başlayardı”.

“The Guardian” qəzeti yazır ki, “İranın ali rəhbəri, belə görünür, Birləşmiş Ştatların daxili problemlərinə aid xəbərləri müntəzəm izləyir”.

2011-ci ildə “Occupy” etirazı Amerikanı bürüyəndə, Ali Khamenei bu hərəkatın bütün kapitalist sistemini çökdürəcəyini proqnozlaşdırmışdı.

Khamenei afro-amerikalılardan narahatdır

“The Guardian” yazır ki, indi isə ayyətullah Ferqyuzonu ayağa qaldırmış hadisəni tənqid etmək imkanını əldən buraxmayıb:

“”Bu gün də əvvəlki illərdə olduğu kimi afro-amerikalılar təzyiq altındadırlar, əzilir və diskriminasiyaya məruz qalırlar” – yazır Ali Khamenei.

“The Guardian” yazır ki, sosial media şəbəkəsi Khamenei-nin ingilisdilli tvitter hesabını verifikasiya etməyib, lakin bu hesabın ali rəhbərin ofisindən idarə olunduğu düşünülür.

Təhlilçilər bildirirlər ki, Ayətullah Ali Khamenei-nin qeydləri Tehran-Vaşinqton münasibətlərinin kifayət qədər soyuq qaldığını göstərir.

Son vaxtlar sosial media İran hökumətinin İsrailə qarşı mübarizəsində də işlək alətə çevrilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG