Sony şirkəti bildirib ki, özünün Playstation şəbəkə xidmətinin bərpası üçün səylərini davam etdirir.
FTB nümayəndələri deyiblər ki, şəbəkənin sıradan çıxmasının səbəblərini araşdırırlar.
Milad gününə təsadüf edən hücum nəticəsində Playstation dəstlərini almış bəzi adamlar ondan istifadə edə bilməyiblər.
Şəbəkəyə girişi kəsilmiş cihazlar ayrılıqda oyun oynanılmasına imkan verməkdə davam edir.
“Əgər Playstation cihazını bayram günlərində aslmısınızsa, bilin ki, bu nasazlıq müvəqqtidir və cihazınızdakı nasazlıqdan xəbər vermir” – deyilir Sony-nin elanında.
Şirkət bildirir ki, onun mühəndisləri şəbəkəni bərpa etmək üçün işləri davam etdirirlər.
Sony 56 milyonluq Playstation istifadəçilərindən nə qədərinin şəbəkəsiz qaldığını açıqlamır.
Media bildirir ki, bu, “Müsahibə” filmi ilə bağlı Sony şirkətinin Hollivud studiyalarına basqınla yanaşı firmaya edilmiş ikinci kiberhücumdur.
Lizard Squad (Kələzlər komandası) kimi tanınan haker fəalları qrupu həmçinin Microsoft-un Xboxşəbəkəsinə hücum üçün məsuliyyəti də öz üzərinə götürüb.
Microsoft problemi aradan qaldıra bilib.
Bundan əvvəl, avqust ayında Lizard Squad tvitterlə Sony Online Entertainment şirkətinin icraçı direktorunun uçduğu təyyarə reysində bomba yerləşdirildiyinə dair məlumat aldığını bildirmişdi.
2011-ci ildə hakerlər 77 milyon Playstation istifadəçisinin şəxsi məlumatlarını oğurlamışdılar.