Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

Avropa Şurasının baş katibi Terri Devis sanksiyaların hər ölkənin suveren haqqı olduğunu deyir


Avropa Şurasının baş katibi Terri Devis deyib ki, Rusiyadakı qanunsuz miqrantlar çıxarılmalıdır, amma gürcü uşaqların, ya da Gürcüstandakı rus uşaqların təhsilinə mane olmaq olmaz.


Sanksiyalara gələndə, cənab Devis bunun da hər dövlətin öz haqqı olduğunu deyir:


«Bu başqa hallarda da baş verir. Məsələn, ermənilər mənə Türkiyənin Ermənistana qarşı sanksiyalarından şikayətlənirlər. Mən deyirəm ki, bu, dövlətlərarası arqumentdir, bir dövlət o birinə qarşı sanksiya qoyur. Mən buna təəssüf edirəm, amma bu, müstəqil, suveren ölkənin haqqıdır. Anlamaq lazımdır ki, Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan—hamısı müstəqil dövlətlərdir və onların münasibətlərini Avropa Şurası idarə etmir».


XS
SM
MD
LG