Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:52

Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenkonun qızı Yevhenia Tymoshenko ailə qurur.

Toy mərasimi dekabrın 27-də Kiyevdəki Olimpia İdman Kompleksində keçirilir.

Yevhenia Tymoshenko əslən Odessadan olan 34 yaşlı amerikalı iş adamı Artur Chechetkinlə evlənir.

Yulia Tymoshenko qonaqlardan toy hədiyyələri gətirməməyi və bu vəsaiti hərbi batalyona verməyi xahiş edib.

Bu Yevhenia Tymoshenkonun ikinci evliliyidir.

O bundan əvvəl britaniyalı rok musiqiçisi Sean Carrla evli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG