Asiya ölkələri 10 il bundan əvvəl Hind okeanında baş verən zəlzələ və faciəvi sunami qurbanlarının xatirəsini yad edirlər.
Dekabrın 26-da bu ölkələrdə dini və anım mərasimləri keçirilib.
Tailandda keçirilən matəm mərasimində minlərlə adam iştirak edib.
Mərasimə dünyanın 30-dan çox ölkəsindən bu faciədə həlak olan və sağ qalan insanların yaxınları da qatılıb.
Təkcə Tailandda 5 mindən çox adam ölüb ki, onların əksəriyyəti Milad bayramında dincəlməyə gələn xarici turistlərdir.
Ən çox itki isə İndoneziyada olub, 130-150 min arası.
Müxtəlif məlumatlara görə, bu faciədə ümumilikdə 230-300 min arası adam ölüb.