Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:06

Piter Alqeyer: «Azərbaycan lazımi islahatlardan sonra ÜTT-ə üzv ola bilər»


Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqda qərarlıdır və bundan ötrü siyasi iradə nümayiş etdirəcək. Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Bakıda ABŞ-ın ÜTT-dəki təmsilçisi Piter Alqeyer və Birləşmiş Ştatlar səfirinin iştirakı ilə keçirilən seminarda belə deyib. Cənab Alqeyer deyib ki, Azərbaycanın bu təşkilata üzv olmaq üçün bütün imkanları var və lazımi islahatlardan sonra Bakı quruma daxil ola bilər. O, bu islahatlar sırasında ölkəyə gətirilən bütün mallar üçün eyni tariflərin tətbiqinin də vacibliyini bildirib. Azərbaycan tərəfi isə, yerli istehsalçıları düşündüyünü bildirərək, kənd təsərrüfatı məhsulları ilə bağlı eyni tariflər məsələsi ilə razılaşmır.


XS
SM
MD
LG