Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:37

Necə danışasan ki, uşaqlar qulaq assın və necə dinləyəsən ki, uşaqlar danışsın


-

"Qanun" nəşriyyatı özünüinkişaf seriyasından iki yeni kitab çap edib.

Stephen R. Covey

YÜKSƏK EFFEKTLİ İNSANLARİN YEDDİ VƏRDİŞİ

Bu kitab dünya bestselleridir.

Bu kitab insana özünü dərk etməkdə və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir. Həm də bu məqsədlərə çatmağın yollarını da göstərir. “Özünü necə təkmilləşdirmək olar?” sualına cavab verir. Burada imicin dəyişdirilməsindən söhbət getmir, mahiyyətcə özünü təkmilləşdirməkdən, daimi kamilləşməkdən bəhs olunur. Bu problemin sadə həll yolu yoxdur, burada möcüzə gözləmək olmaz. Hər cür pozitiv dəyişikliklər vaxt tələb edir, fəaliyyət və inadkarlıq istəyir.

Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir. Kitabı Firidun Ağazadə çevirib.

Adele Faber, Elaine Mazlish

NECƏ DANIŞMALI Kİ, UŞAQLAR QULAQ ASSINLAR VƏ NECƏ DİNLƏMƏLİ Kİ, UŞAQLAR DANIŞSINLAR

Uşaqlarla münasibətlərdə problemlər hər kəsdə olur. “Niyə sən sözə qulaq asmırsan, niyə sən özünü belə aparırsan?” – bu kimi məzəmmətlər hər uşağa tanışdır. Və hər bir valideyn qızından və ya oğlundan cavab ala bilməyəndə bəzən öz acizliyini hiss edir. Lakin iş orasındadır ki, böyüklər uşağa öz fikirlərini və hisslərini necə çatdırmağı və onu necə başa düşməli olduqlarını hər vaxt bilmirlər.

Bu kitab – uşaqlarla (məktəbəqədər yaşdan yeniyetməlik dövrünədək) necə düzgün ünsiyyət qurmaq barədə məntiqli, anlaşılan, qəşəng və yumor hissi ilə yazılan bir dərslikdir. Heç bir usandırıcı nəzəriyyə olmadan! Bütün ehtimallara qarşı yalnız yoxlanılmış praktik məsləhətlər və çoxlu canlı nümunələr!

Müəlliflər — valideyn-uşaq münasibəti sahəsində dünyada məşhur olan mütəxəssislər — həm öz şəxsi (hərəsinin 3 uşağı var), eləcə də onların seminarlarına gələn çoxsaylı valideynlərin təcrübələrini oxucularla bölüşürlər.

"Qanun" nəşriyyatının çap etdiyi başqa bir kitab "Həyatdan beş kadr" adıanır. Murad Ramazanovun bu kitabında nədən bəhs olunur?

Həyatdan beş kadr – beş fərqli taleyin acı formada həyatlarını sürməsi. Bir-birindən xəbərsiz olan bu kadrları birləşdirən əslində nədir? Uşaqlıqdan gələcəyə doğru beş fərqli tale. Bir-bir gözün önünə gələn kadrlar. Peşmanlıq? Acı həyat? İntiqam hissi? Pul? Sevgi? Ölüm? Yoxsa ehtiras? Əslində isə…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG