Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 16:33

Sony Pictures “Müsahibə” filmini internetə yerləşdirib


"Müsahibə" filminin posteri

Sony Pictures şirkəti Şimali Koreya liderini məsxərəyə qoyan “Müsahibə” filmini internetə yerləşdirib. Filmə YouTube portalında baxmaq mümkündür.

Microsoft və Sony şirkəti filmi həm də 200 müstəqil kinoteatrda nümayiş etdirir.

Film hətta www.seetheinterview.com saytına da yerləşdiriləcək, həmin saytdan filmi 6 dollar kirayəyə götürmək və ya 15 dollara almaq da olar.

Hələ ki heç bir kabel və ya peyk teleşirkəti “Müsahibə” filmini yayımlamağa razılıq verməyib.

Sony Pictures saytına kiberhücumlara görə dekabrın əvvəlindən filmin premyerası təxirə salınmışdı.

XS
SM
MD
LG