Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:44

Putin rus dilinin latınlaşdırılması əleyhinə çıxır


Rusiya prezidenti Putin rus dilinin latınlşadırılması və xarici dillərdə reklamların çoxluğuna qarşı çıxıb.

Dövlət Şurasının və prezident yanında mədəniyyət şurasının iclasında Putin Liberal Demokratik partiyanın lideri Jirinovskinin bütün xarici sözləri rus sözləri ilə əvəz etmək haqda təklifini də tənqid edib. Putin deyib ki, “geniy”, yəni “dahi” sözünü “talent” sözü ilə əvəz etmək olmaz, çünki bunlar sinonim deyillər.

Putin deyib ki, “metro” sözünü “yeraltı” sözü ilə əvəz etmək olar, ancaq fransızlar “bistro” sözünü “kafe” ilə əvəz etmirlər. Putinin fikrincə oturuşmuş sözlər də var.Onları çıxarıb-atmaq asan deyil.

XS
SM
MD
LG