Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 02:02

Sony Pictures “Müsahibə” filmini prokata buraxdı


"Müsahibə" filminin afişası.

-

Sony Pictures şirkəti bəyan edib ki, Şimali Koreya liderini məsxərəyə qoyan “Müsahibə” komediya filminin ABŞ-ın bir neçə kinoteatrında göstərilməsinə razılıq verib.

Bundan əvvəl şirkət Şimali Koreya ilə bağlı olduqları güman edilən hakerlərdən təhdidlər aldıqdan sonra filmin Milad nümayişini ləğv etmişdi.

Prezident Barack Obama Sony Pictures şirkətinin bu hərəkətindən razı qalmadığını bildirmişdi. O demişdi ki, ABŞ şirkətinin haradasa bir diktatordan qorxub özü senzura etməsi pis presedent yaradır.

Ağ Ev Sony Pictures şirkətinin son qərarını alqışlayıb.

“Sony-nin qərarı adamlara öz seçimlərini etmək imkanı yaradır” – deyib prezidentin sözçüsü Eric Schultz.

Respublikaçı və demokrat konqresmenlər də Sony-nin qərarından razılıq ifadə ediblər.

Bundan əvvəl onlar filmin lazım gələrsə, Konqresdə və Ağ Evdə nümayiş etdiriləcəyini demişdilər.

XS
SM
MD
LG