Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 14:11
"Sovetski"dəki məktəbdə seçki "karusel"i
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

«Sovetski»dəki məktəbdə seçki «karusel»i

Azərbaycanda 4-cü bələdiyyə seçkiləri dəqiqəbədəqiqə

23 dekabr seçkilərində 15 min 35 üzv seçilməlidir. Ölkənin 118 seçki dairəsindən 1607 bələdiyyəyə seçki aparılır.

37 min nəfərin iddialı olduğu seçkilərdə ən çox namizəd hakim Yeni Azərbaycan Partiyasından qeydə alınıb – azı 13 min 400 namizəd. Ana Vətən Partiyasından – 159, Vətəndaş Həmrəyliyi Partiyasından – 105, Böyük Quruluş Partiyasından –86, Demokratik İslahatlar Partiyasından – 55, Ümid Partiyasından –50, Milli Dirçəliş Hərəkatı Partiyasından – 27, Sosial Demokrat Partiyasından – 21 namizəd var.

Namizədlər arasında bütövlükdə 30 partiyanın təmsilçisi yer alır.

Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb. İndiki seçki sayca dördüncüdür.

AzadlıqRadiosu səsvermənin gedişini canlı izləyir və xəbərləri daim yeniləyir. Canlı bloqun postları zaman ardıcıllığıyla yerləşdirilir. Ən son məlumat ən əvvəldə verilir. Bloqun sonundakı göy rəngli («davamı») düyməni basmaqla bloqu vərəqləmək olar.

Sizin də bələdiyyə seçkiləri zamanı qarşılaşdığınız seçki pozuntusu olarsa, çəkdiyiniz foto və videoları AzadlıqRadiosu ilə bölüşün.

WHATSAPP – (+994) 50 213 56 30

Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

E-poçtla - Görüntüləri elektron poçtla da göndərə bilərsən:efir@azadliqradiosu.az

13:47 24.12.2014

Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb

23 dekabr bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 24-də bəyan edib ki, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsindən protokollar daxil olub, 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib.

20:16 23.12.2014

MSK: Seçici fəallığı 39 faiz təşkil edib

Saat 19:00-da bələdiyyə seçkilərində səsvermə başa çatıb.

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, ölkə üzrə seçici fəallığı saat 19:00-a 38.93 faiz təşkil edib.

Saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14nəfər səs verib.

Davamı

XS
SM
MD
LG