Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

Xalq rəssamı Oqtaq Sadıqzadə vəfat edib


Dekabrın 20-də xalq rəssamı Oqtay Sadıqzadə 94 yaşında vəfat edib. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda doğulub.

Atası yazıçı, anası şairə olan O.Sadıqzadə 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alıb. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub. Sürgündə də yaradıcılığına davam edib. 1946-cı ildə Bakıya qayıdandan sonrakitab qrafikası ilə məşğul olub. Sonradan təhsilini Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib, 1956-cı ildə qrafika ixtisasına yiyələnib.

Təhsilini bitirəndən sonra “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayıb. Balzak, Hüqo, Turgenev, Qorki, M.F.Axundzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, R.N.Güntəkin və digər yazarlarının əsərlərinin obrazlarını yaradıb.

O.Sadıqzadəni tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə də şöhrət qazanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev muzeylərinin tərtibatında onun əsərlərinə xüsusi yer verilib.

Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Moskva Dövlət Tretyakov Qalereyası nümayiş olunur. Bundan başqa ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

XS
SM
MD
LG