Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 02:32

Türkiyə Fethullah Gülen-in həbsinə order verdi


Fethullah Gülen

Türkiyə məhkəməsi ABŞ-da mənzillənmiş din xadimi Fethullah Gülen-in həbsinə sanksiya verib.

Sanksiyada bəyan olunur ki, Gülen “silahlı terrorçu qrup” yaratmaqda və ona rəhbərlik etməkdə ittiham edilir.

Bir vaxtlar hazırkı prezident Recep Tayyip Erdoğan-ın müttəfiqi olmuş din xadimi indi dövlət çevrilişinə cəhddə günahlandırılır.

BBC xəbər verir ki, ABŞ çətin, Gülen-in Türkiyəyə təslim edilməsinə razılıq versin.

Ötən həftə Gülen-in Hizmet hərəkatına bağlı olmaqda şübhəli bilinən 20-dək jurnalist həbs edilib.

Polis Gülen-ə bağlılığı ilə tanınan “Zaman” qəzetinə və “Samanyolu” telekanalına reydlər keçirib.

Az əvvəl alınmış xəbərlərdə deyilir ki, “Zaman” qəzetinin redaktoru məhkəmə qərarı ilə həbsdən azad edilib.

XS
SM
MD
LG