Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 05:55

-

Dekabrın 18-də Abşeron rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həzinin işi üzrə proses keçirilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Adil İsmayılov məlumat verib. Onun dediyinə görə, prosesdə şahidlər dindirilib:

«İki nəfər şahid dindirildi. Onlar ifadələrində Məhərrəm Həsənovla Seymur Həzinin davasına aid heç nə görmədiklərini bildirdilər».

Növbəti proses dekabrın 26-na təyin olub.

Seymur Həzi avqustun 29-da Bakı sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Ona silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist ittihamları rədd edir və həbsini siyasi sifariş sayır.

XS
SM
MD
LG