Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:29

Serbiyada Naxçıvan MR-in 90 illiyi qeyd olunub


Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası

-

Dekabrın 17-də Belqrad şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycanın Serbiyadakı səfirliyinin və paytaxt Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Mərasimdə Serbiyanın hökumət və parlament üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfirinin müşaviri Anar Əcəmov Naxçıvanın bəşər tarixində insanların ilk məskunlaşdığı ərazi olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Naxçıvan dünyanın ən qədim mədəni mərkəzlərindən biridir.

Tədbirin sonunda Cəlil Məmmədquluzadənin serb dilində nəşr edilmiş «Seçilmiş əsərləri» kitabının təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası 1924-cü ildə Azərbaycan SSR-in tərkibində yaranıb. Bu ilin əvvəlində prezident İlham Əliyev 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd olunması haqda sərəncam imzalayıb.

XS
SM
MD
LG