İngiltərə Premyer Liqasının aparıcı klubu – «Çelsi»nin iki qapıçısı oktyabrın 14-də keçirilən oyunda huşunu itirib.
«Ridinq» komandası ilə oyunun ilk dəqiqəsində Çexiyadan olan Petr Çex başından zədələnərək xəstəxanaya aparılıb. Onu əvəz edən italiyalı Karlo Kudiçini isə oyunun axırıncı dəqiqələrində top uğrunda mübarizədə huşunu itirib. Sonradan o, xəstəxanadan evə buraxılıb. Oyun 1-0 hesabı ilə «Çelsi»nin xeyrinə başa çatıb.