Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:57

NİDA-çılar həbsdə qaldı


NİDA-çıların məhkəməsi
NİDA-çıların məhkəməsi

-

Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan «NİDA» Vətəndaş Hərəkatı üzvlərinin şikayətinə baxılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

Müdafiə tərəfinin ilkin instansiya məhkəməsinin qərarının ləğv olunması ilə bağlı şikayəti təmin olunmayıb.

8 NİDA-çı gənc ötən ilin mart-aprel aylarında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunublar.

MayIn 6-da məhkəmənin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrum edilib.

Bu yaxınlardaBəxtiyar Quliyev və Şahin Novruzlu prezidentin fərmanı ilə əfv edilmişdi.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» həbsdəki gəncləri vicdan məhbusu sayır.

XS
SM
MD
LG