Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 10:45

Peşəvərdə hərbi məktəbə silahlı basqın olub


Pakistan.Peşəvər

Peşəvərdə (Pakistan) dekabrın 16-da hərbi məktəblərdən birinə silahlı basqın olub. 9 yaş ətrafında azı 5 şagirdin öldürüldüyü deyilir. Onlarla yaralı var.

Səhər hücumundan sonra məktəbdən atışma və partlayış səsləri eşidilib. Təhlükəsizlik qüvvələrinin əhatəyə aldığı binanın ətrafında onlarla valideyn gərgin vəziyyətdədir.

Mashaal Radiosunun məlumatına görə, silahlı şəxs səhər saatlarında məktəbə daxil olub və atəş açmağa başlayıb.

Peşəvərdə xəstəxanadan verilən məlumatda deyilir ki, 9-14 yaşlarında 5 şagird ölüb, 27 yaralı var, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Özünü Muhammad Khorasani adlandıran Taliban nümayəndəsi Mashaal Radiosuna zəng edərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bildirib ki, bu, ordunun Şimali Vaziristanda keçirdiyi hərbi əməliyyatlara görə qisasdır.

XS
SM
MD
LG