Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Erdogan Avropa Birliyini öz işi ilə məşğul olmağa çağırıb


Tayyip Erdogan
Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan müxalifətdə olan media nümayəndələrinin həbsinə görə Avropa Birliyinin tənqidini rədd edib.

O Brüsseli öz işləri ilə məşğul olmağa çağırıb.

O qeyd edib ki, Avropa Birliyi ölkənin milli təhlükəsizliyinə əngəl olan ünsürlərə qarşı görülən qanuni addımlara qarışa bilməz.

Türkiyə polisi dekabrın 14-də müxalifətdə olan bir neçə qəzet və televiziyanın ofisindəreyd və həbslər keçirib.

Azı 24 nəfərin həbs edildiyi xəbər verilir.

ABŞ-da fəaliyyət göstərən dini xadim Fətullah Gülenə yaxın olan Zaman Qəzeti və Samanyolu televiziya kanalının rəhbərləri də həbs olunanlar arasındadır.

Əvvəllər indiki prezident Recep Tayyip Erdoganın yaxın müttəfiqi olan Fətullah Gulen indi onun əsas rəqibi hesab olunur.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini və genişlənmə komissarı Johannes Hahn bu həbslərin Avropa dəyərlərinə zidd olduğunu bəyan ediblər.

Həmçinin ABŞ Dövlət Departamenti Türkiyə hakimiyyətini bu reydlərin mətbuat azadlığı və digər demokratik dəyərlərə zidd olmadına təminat verməyə çağırıb.

Anadolu agentliyinin məlumatına görə, həbs edilənlər dövlət çevrilişinə cəhddə ittiham olunurlar.

XS
SM
MD
LG