Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:19

Konqres: Ukraynaya silah, Rusiyaya sanksiya. İndi söz Obama-nındır


Konqres
Konqres

Ukraynaya döyüş silahları ilə yardım və Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun ABŞ Senatında yekdilliklə qəbul edilib.

-

Ukraynaya döyüş silahları ilə yardım və Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun ABŞ Senatında yekdilliklə qəbul edilib.

İndi sənəd imzalaması və ya veto qoyması üçün prezident Barack Obamaya təqdim edilib.

Ağ Ev təmkinlidir

Ağ Evin vəzifəli rəsmisi bildirib ki, hazırda bu qanuna baxılmaqdadır.

Rəsmi əlavə edib ki, ən mühüm məsələ, sanksiyalar rejimininin Müttəfiqlər və partnyorlarla birlikdə incə balansını qoruyub saxlamaqdır. Başqa sözlərlə, sanksiyalar elə bir şəkildə tətbiq edilməlidir ki, Rusiya üçün məhdudiyyətlər yaratsın, lakin Amerika biznesinə, beynəlxalq neft bazarlarına və qlobal iqtisadiyyata zərbə olmasın.

Ağ Ev bildirib ki, düzəliş edilmiş qanuna məhz bu bucaqdan baxılacaq.

Obama sınaq qarşısında

Təhlilçilər bildirirlər ki, qanunun belə sürətlə və yekdilliklə qəbul edilməsi prezident və Konqres arasında qarşıdurma yarada bilər.

Onların fikrincə, prezident hətta qanunun müəyyən müddəalarını ixtisar etsə də, bu sənəd, Rusiyanın Ukraynadakı təcavüzünə indiyədək Ağ Evin gördüyü tədbirlərdən qat-qat sərtdir.

Ağ Ev Ukraynaya döyüş silahları və döyüş texnikasının verilməsinə indiyədək razı olmayıb, lakin qanun belə silahların verilməsinə imkan yaradır.

Yeni sanksiyalar

Bununla belə, qanun həmçinin Ukraynaya 350 milyon dollar dəyərində silah-sursat və texnikanın çatdırılmasına icazə versə də, bu məbləği icbari olaraq təsbit etmir.

Ukraynaya hərbi yardım şəklində veriləcək silah və texnikaya anti-tank silahları, sursat və kəşfiyyat dronları daxildir.

Administrasiyasnın məlumatına görə, indiyədək Ukraynanın təhlükəsizlik qüvvələri üçün 118 milyon dollarlıq avadanlıq verilib və təlim keçilib.

Yeni sansksiyalara gəlincə isə, bunlar silah ixracatçısı “Rosoboronexport” şirkəti də daxil olmaqla Rusiyanın müdafiə və enerji sənayelərini hədəfləyir.

Təhlilçilər bildirirlər ki, prezident milli təhlükəsizlik mülahizələri ilə qanunun bu müddəalarını imzalamaya bilər.

“Gazprom” qazı kəssə…

Qanun Barack Obama-ya həmçinin onun Rusiyanın dövlət enerji nəhəngi “Gazprom” üzərinə sanksiyalar qoyması üçün yaşıl işıq yandırır. Lakin qanunda deyilir ki, bu sanksiyalara, Rusiya NATO üzvü olan hər hansı bir ölkəyə və ya Gürcüstan, Ukrayna cvə Moldovaya qaz nəql etməkdən imtina edərsə, əl atıla bilər.

Əslində, ABŞ Senatı və Konqresinə oxşar mətnli layihələr göndərilsə də, kredit verilməsini nəzərdə tutan maddəyə görə Senat qanunu iki dəfə səsə qoymalı olub.

Rusiya bu qanunu cavabsız qoymayacağını deyir

Yeni qanun Rusiya hökumətinin rəsmiləri tərəfindən sərt tənqid olunub.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, qanun “antirus hissiyyatının daha bir ifadəsidir”.

O bildirib kİ, Rusiya bu qanunu “cavabsız buraxmayacaq”.

Bu da xəbər verilir ki, Gürcüstan, Moldova və Ukrayna üçün nəzərdə tutulmuş “qeyri-NATO müttəfiqi” kimi xüsusi statusa dair maddə qanundan çıxarılıb.

Qanun həmçinin Ukraynanın enerji ehtiyaclarının ödənməsi üçün üç ildə 50 milyon dollar vəsait ayrılmasını nəzərdə tutur.

Rusiya təbliğatına qarşı

Yeni qanun “Amerikanın səsi” və “AzadlıqRadiosu”nun Ukrayna, Moldova və Gürcüstanda yayımlarını genişləndirmələri və Rusiya “təbliğat”ının qarşısını almaları üçün bu radiostansiyalara ildə əlavə olaraq 10 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Rusiyanın demokratiya və vətəndaş cəmiyyəti təşkilatlarına isə qarşıdan gələn üç ildə hər il əlavə olaraq 20 milyon dollar ayrılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG