Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 16:20

Salyan sakini: "Burada icra hakimiyyəti "qaş düzəldən yerdə göz çıxarır"


Arxiv fotosu

-

"Dedilər ki, küçəboyu bütün damlar eyni örtüklü olmalıdır. Söküb qoydular yerə, əvəzinə tola bənzər dam örtükləri vurdular. Bizim zona yayda çox isti olur. Qışda vurduqları dam örtükləti yayda əridi. Məlum oldu ki, istiyə davam gətirməyən örtüklər imiş. Beləcə, dam örtükləri əriyib əyri formaya düşdü. Ardıyca da payız düşdü, yağışlar başladı, o əyri-üyrü dam örtüklərindən evlərimizi su basdı”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə deyən Salyan sakini İzzət Məmmədovdur. Yaşadığı küçədəki evlərin dam örtüklərini 2 il əvvəl gəlib dəyişiblər. Babat vəziyyətdə olan dam örtükləri söküb əvəzinə keyfiyyətsiz, isti-soyuğa davamsız örtüklər vurublar. İndi əziyyətini küçə sakinləri çəkir.

"XƏRC QOYUB YENİ TƏMİR ETDİRMİŞDİM"

“Mən evimə xərc qoyub yeni təmir etdirmişdim. Dam örtüyünü də yeni dəyişmişdim. Dedilər, bizimlə mübahisəyə girmə, yuxarıdan göstəriş var ki, bütün dam örtükləri dəyişməli, eyni olmalıdır. Başa düşə bilmirəm, mənim evimin dam örtüyünə görə niyə başqası göstəriş verməlidir. Halbuki, başqa küçələrdə elə evlər var ki, dam örtükləri bərbad vəziyyətdədir, yerli icra nümayəndəliyinə, bələdiyyəyə yalvasalar da əncam çəkən yoxdur. Mənimsə evimin təzə dam örtüyünü zorla söküb yerinə keyfiyyətsizini vurdular. İndi yağışlar yağanda otaqlara edrə düzürük”.

İcra hakimiyyəti mərkəzi küçələrdəki dam örtüklərinin dəyişdirilməsini abadlıq işləri ilə əlaqələndirir. Barəsində danışılan küçədəki evlərin dam örtüklərinin hansısa çirkət tərəfindən dəyişdirildiyini desələr də, şirkətin adını açıqlamadılar. Ancaq vəd etdilər ki, yaxın vaxtlarda küçədəki evlərin dam örtüklərinə baxış keçirib zərurət varsa onları yeniləri və daha keyfiyyətliləri ilə əvəz edəcəklər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG