Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52
Tofiq Yaqublunun anası: «Oğlumun azadlığı üçün mitinqə gəlmişəm»
Gözlə

No media source currently available

0:00 0:06:11 0:00

Tofiq Yaqublunun anası: «Oğlumun azadlığı üçün mitinqə gəlmişəm»

Müsavat «Siyasi məhbuslara azadlıq!» tələb etdi [Video]

Dekabrın 14-də Müsavat Partiyası Bakıdakı «Məhsul» stadionunda «Siyasi Məhbuslara Azadlıq!» şüarı ilə mitinq keçirib.

Daha əvvəl Milli Şura da eyni məkanda bənzər tələblə bir neçə mitinq təşkil etmişdi.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda 100-dək siyasi məhbusun olmasına diqqət çəkir. Azərbaycan rəsmiləri bu məlumatları qərəzli adlandıraraq, həbslərin siyasi məqsəd güdmədiyini bildirirlər.

AzadlıqRadiosunun əməkdaşları aksiyanı canlı izləyib və xəbərləri daim yeniləyib. Canlı bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Bloqunda sonunda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

16:08 14.12.2014
İsa Qəmbər: Mesajlarımızı çatdırdıq

-İsa Qəmbər mitinqdən sonra AzadlıqRadiosuna müsahibəsində İnsan Haqları Günüylə bağlı keçirilən mitinqdə mesajlarını çatdırdıqlarını və məqsədlərinə nail olduqlarını bildirib.

Müsavat başqanı Arif Hacılı da qeyd etdi ki, mitinq uğurlu alınıb, bunun həbsdəki siyasi məhbusların azad olunmasına müəyyən töhvəsi də olacaq.

16:06 14.12.2014
Mitinq bitdi

Mitinq «Koroğlu» uvertürasının səslənməsiylə başa çatdı. Mitinqdən videoreportajı sonradan AzadlıqRadiosu.az saytında, AzadlıqRadiosunun Youtube səhifəsində və «Hotbird» peykində - ARTV kanalında izləyə bilərsiniz.

16:04 14.12.2014
İsa Qəmbər: O qədər görməmişdirlər ki...

Mitinqin qətnaməsi səsləndirildikdən sonra Müsavatın keçmiş başqanı İsa Qəmbər mitinqdə son sözü söylədi:

- İlham Əliyev hakimiyyəti acgözlüyünü, görməmişliyini hər yerdə göstərir. Hətta siyasi məhbusların həbsində də o qədər görməmişlik ediblər ki, həbsdə olan bütün siyasi məhbusların adlarını sadalamaqla bitmir, bəzilərinin adları yaddan çıxır.

Davamı

XS
SM
MD
LG