-
Bakı «Kitab Klubu» Azərbaycanda kitabla bağlı layihələr, yeni nəşrlər barədə vaxtında, mütəmadi yazan jurnalistləri və bu sahədə fəallığı ilə seçilənləri mükafatlandırdı.
«2014-cü ildə Azərbaycanda kitab işinin inkişafına verdiyi töhfəyə görə» mükafata layiq görülən yazarlara klubun fəxri diplomu və müxtəlif kitab hədiyyələri, AzadlıqRadiosu-ndan özəl suvenirlər təqdim olundu.
Builki qaliblər:
– Yeganə Cansail (Region TV),
– Qurban Məmmədli (KitaBaz),
– Fərid Kərimov (BakuMoz),
– Nazlı İbişova (Mədəniyyət TV)
Tədbir «Kitab Klubu»nun sərgi salonunda baş tutdu. Əlavə məlumat üçün www.kitabklubu.org saytına baxmaq olar.
Rafiq Məmmədli