Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:40

Rusiya XİN: «Sanksiyalar cavabsız qalmayacaq»


Sergei Ryabkov
Sergei Ryabkov

-

«ABŞ yeni sanksiyaları tətbiq etməyə başlasa, Rusiya bunu cavabsız qoymayacaq».

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov dekabrın 13-də belə deyib. Ancaq o, söhbətin konkret hansı cavab tədbirlərindən getdiyi haqda danışmayıb.

Ryabkov əlavə edib ki, xarici işlər naziri Sergei Lavrov ABŞ dövlət katibi John Kerry ilə bazar günü Romada planlaşdırılan görüşdə bu məsələləri müzakirə edəcək.

Bundan əvvəl ABŞ Senatı «Ukraynada azadlığa dəstək» adlı qanun layihəsini təsdiq edib. Bu layihə ABŞ prezidentinə Ukraynaya 350 milyon dollarlıq hərbi yardım etmək, həmçinin, Rusiyaya qarşı enerji və müdafiə sektorlarına sanksiyaları genişləndirmək səlahiyyəti verir.

Senatın beynəlxalq işlər üzrə komitəsinin üzvü Robert Menendez bildirib ki, bu qanun dağıdıcı yoldan imtina etməli olan Vladimir Putin-ə birbaşa mesajdır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Alexander Lukashevich bildirib ki, «Moskva ABŞ-ın şantajlarına təslim olmayacaq, özünün milli maraqlarını qurban verməyəcək».

XS
SM
MD
LG