Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 08:18

Müsəlmanları öldürən serblərə cinayət işi açılıb


Kütləvi məzarlıqda basdırılmış bosniyalıların dəfni - 2014

-

Bosniyada hərbi cinayətdə günahlandırılan 15 keçmiş serb polisi və hərbçisinə rəsmi ittiham elan olunub. Onlar Priyedor şəhəri ətrafında 150-dən artıq müsəlman sakinin qətlində günahlandırılırlar. Serblərə qarşı qətl, işgəncə, zorlama və başqa ittihamlar irəli sürülüb.

İstintaq məlumatlarına görə, ittiham olunanlar Zeçovi kəndində bosniyalı müsəlmanlara müntəzəm hücum ediblər.

Aralarında keçmiş zabitlərin də olduğu şübhəlilər ötən həftə həbs olunublar.

1992-95-ci illərdə Zeçovi kəndinin yüzlərlə sakini hərbi düşərgələrə göndərilib. Tomaşitse rayonu ərazisində həmin kənd sakinlərinin kütləvi məzarlığı aşkarlanmışdı.

XS
SM
MD
LG