Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

S.Lavrov: «Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir»


Sergei Lavrov
Sergei Lavrov

-

«Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir. Ölkənin çox qısa zaman ərzində Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilməsi də bunun bariz nümunəsidir».

apa-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov Alexander Gorchakov adına Diplomatiya Fondunun təşkil etdiyi «Gələcək naminə dialoq» proqramının iştirakçıları ilə görüşündə bildirib.

Rusiyalı nazir deyib ki, Azərbaycan hökuməti Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamaqla hər iki ölkənin strateji tərəfdaş olduğunu əməldə də isbat edib:

«Bizim Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığımız sürətlə davam edir.

Belə ki, biz Azərbaycanda yetişdirilən növbənöv meyvə-tərəvəzin Rusiya bazarlarına daşınmasında çox maraqlıyıq. Onu da qeyd edim ki, mən Azərbaycan mətbəxinin çox böyük heyranıyam».

«Gələcək naminə dialoq» layihəsində 20-dən artıq ölkənin təmsilçiləri iştirak edib. Layihə çərçivəsində Rusiya Federasiyasının bir sıra dövlət qurumlarına ziyarətlər təşkil edilib, dövlət nümayəndələri, nazirlər, politoloqlar, tanınmış siyasi və ictimai xadimlərlə görüşlər keçirilib.

XS
SM
MD
LG