Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

Leyla Yunusun ABŞ Dövlət Departamentinin mükafatına namizədliyi irəli sürülüb


 Leyla Yunus
Leyla Yunus

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun Dövlət Departamentinin “Qadınlara igidliyə görə” (International Women of Courage Award) mükafatına namizədliyi irəli sürülüb

Bu barədə Turan agentliyi Vaşinqtondakı diplomatik dairələrə istinadla xəbəb yayıb.

“International Women of Courage Award” mükafatı 2007-ci ildə keçmiş ABŞ dövlət katibi Condoleezza Rice tərəfindən təsis edilib.

O vaxtdan bu yana bu nükafata dünyanın 27 ölkəsindən 36 qadın layiq görülüb.

Mükafat sosial ədalət və insan haqları sahəsində göstərilən cəsarət və liderlik qabiliyyətinə görə fərqlənən qadınlara verilir.

Turanın bu məlumatı şərh etmək sualına ABŞ səfirliyindən bildiriblər ki, namizədlərin seçimi davam edir və qaliblər 2015-ci ilin martında elan ediləcək.

Leyla Yunus vətənə xəyanət də daxil olmaqla 6 maaddə ilə ittiham olunur.

O həbsinin fəaliyyətli ilə bağlı olduğunu deyir.

Yerli və Beynəlxalq təşkilatlar onu siyasi məhbus hesab edir.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını və onların konkret cinayətlərə görə həbs olunduqlarını deyir.

XS
SM
MD
LG