Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

Böyük Britaniya naziri Xədicə İsmayılın həbsindən danışdı


Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington

-

Dekabrın 10-da Böyük Britaniyanın Bakıdakı səfirliyində Beynəlxalq İnsan Haqları günü qeyd olunub. Tədbirdəki çıxışında səfir Irfan Siddiq son günlər ölkədə baş verən həbslərə də toxunub, deyib ki, istənilən dövlətin gücü onun müxtəlif fikirləri dinləmək və bu problemlərlə məşğul olmaq, birgə müzakirə və həll etməkdən ibarətdir:

«İnsan hüquqları günündə Azərbaycan hökuməti və fikir formalaşdıran şəxslərə müraciətim o olardı ki, fərqli fikirlərə dözümlü olsunlar və biz birgə qarşılıqlı anlaşma şəraitində müzakirələr apara bilərik».

İnsan hüquqları günündə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri David Lidington da öz bloqunda AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinə toxunub:

«Ötən ay Azərbaycana getdim. Bu ölkədə ifadə və media azadlığına təhdidlər qalır. Elə ötən cümə günü daha bir jurnalist saxlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Xədicə İsmayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır. Bu, tez-tez həbs cəzaları ilə bitir. Ancaq Azərbaycan müstəqil media azadlığını pozan ölkələr sırasında tək də deyil,» David Lidington daha sonra media azadlığının pozulduğu digər ölkələrdən danışır.

Dekabrın 5-də Səbail rayon məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Jurnalist cinayət məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir. Xədicə İsmayıl həbsinin səbəbini özünün jurnalist fəaliyyəti ilə əlaqələndirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG