Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:39

MKİ-nin dindirmə hesabatına görə ABŞ rəsmiləri arasında qızğın qarşıdurma yaranıb


Mərkəzi Kəşfiyyat İdarəsi
Mərkəzi Kəşfiyyat İdarəsi

-

ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) istifadə etdiyi qəddar dindirmə vasitələri haqqında hesabatın Senat tərəfindən açıqlanması ilə əlaqədar Vaşinqtonda təhlükəsizliklə şəffaflığın düzgün balansının saxlanmasına dair qızğın debatlar qopub.

ABŞ Senatının bu hesabatı şəffaflıq və eyni zamanda belə şəffaflığın təhlükəsizlik üçün yarada biləcəyi risklər barədə mübahisələri yenidən gündəmə gətirib.

MKİ-nin 2001-ci il 11 sentyabr terror basqınlarının ardınca hazırlanmış “Etaplama, Həbs və Dindirmə” proqramının təfərrüatlarının açıqlanması tərəfdarı olanlar bildirirlər ki, belə bir addım ABŞ-da gələcəkdə buna bənzər pozuntuların baş verməsinin qarşısını alacaq. Bu açıqlığın əleyhinə çıxanların fikrincə isə, hesabat ABŞ vətəndaşlarından və qurğularından zorakı qisas alınması üçün potensial hücumlara rəvac verəcək.

Avqust ayında Birləşmiş Ştatlartın terror şübhəliləri ilə rəftarının “bəzi adamlara işgəncə” verilməsi ilə nəticələndiyini etiraf etmiş prezident Barack Obama, 2009-cu ildə vəzifəyə gələrkən “təkmilləşdirilmiş dindirmə texnikası” deyilən vasitələrdən istifadəni dayandırıb.

Ağ Ev 6000 səhifəlik hesabatın bəzi hissələrinin açıqlanmasını dəstəklədikdən sonra, sənədin 500 səhifəlik yekunları ABŞ Senatının Kəşfiyyat Komitəsi tərəfindən dekabrın 9-da dərc edilib. Lakin administrasiya rəsmiləri belə bir narahatlıq ifadə etmişdilər ki, açıqlamalar ABŞ-ın xarici siyasəti üçün zərərli ola bilər.

Dövlət Departamentinin sözçüsü Jen Psakinin məlumtaına görə, dövlət katibi John Kerry dekabrın 5-də Senatın Kəşfiyyat Komitəsinin sədri xanım Dianne Feinstein-əmüraciət edərək “dünyada gedən bir çox proseslərlə əlaqədar belə bir açıqlamanın vaxtının yarada biləcəyi çətinlikləri” müzakirə etməyi tövsiyə edib.

“Bir də heç vaxt”

Obama MKİ-nin dindirmə texnikasına dair hesabatın açıqlanmasına “israrlı” dəstək verərkən, ABŞ-ın “təməl idealları”ndan çıxış etdiyini söyləmişdi.

“Heç bir ölkə kamil deyil. Lakin Amerikanı müstəsna edən keyfiyyətlərdən biri də bizim öz keçmişimizlə, qüsurlarımızla açıq üzləşməyə getməkvə yaxşılığa doğru dəyişikliklər etmək iradəsinə malik olmağımızdır” – deyib Obama dekabrın 9-da verdiyi bəyanatda.

Onun bu bəyanatı MKİ-nin dindirmə proqramına dair beşillik təhqiqata nəzarət etmiş xanım Feinstein-in şərhləri ilə səsləşir.

“Elələri olacaq ki, bu hesabatdan yapışıb deyəcəklər: “Gördünüz də, amerikalılar nələr ediblər?” Belələri bundan öz şər əməllərinə haqq qazandırmaq və ya daha çox zorakılığı qızışdırmaq üçün istifadə etməyə çalışacaqlar – deyib xanım Feinstein, - Lakin tarix bizləri, bizim qanunla idarə olunan ədalətli cəmiyyətə sadiqliyimizə və iyrənc həqiqəti açıb “bir daha heç vaxt” deyə bilmək iradəmizə görə mühakimə yürüdəcək”.

Vyetnam müharibəsi zamanı düşdüyü əsirlikdə işgəncələrə məruz qalmış respublikaçı senator John McCain də hesabatın açıqlanmasını dəstəkləyib və deyib ki, bu hesabatda Amerikaya ziyan vurmaq istəyənlər üçün şok yaradacaq heç nə yoxdur.

"Bu hesabatın açıqlanması müsəlman dünyasının bəzi yerlərində zorakılığa aparan hiddətə səbəb olacaqmı? Düşünürəm ki, bu mümkündür və yəqin ki, belə olacaq – deyib Senatdakı çıxışında McCain, - Bütün dünya artıq bilir ki, biz məhbuslara qarşı suda boğmaq üsulundan istifadə etmişik. Bütün dünya bilir ki, biz dustaqlara qarşı başqa alçaldıcı rəftarlara yol vermişik. Dünya bilir ki, biz qaranlıq məkanlardan, gizli həbsxanalardan istifadə etmişik. Bu kimi hərəkətlər artıq bir onillikdir ki, sirr deyildi”.

“Terrorçular bizim hesabatın bəzi praktikaları təsvir etməsindən amerikalılar üzərinə hücumlarına haqq qazandırmaq üçün istifadə edə bilərlər, - deyə əlavə edib McCain, - lakin onlara onsuz da nəyəsə haqq qazandırmaq lazım deyil. Bu, artıq bir müddətdir ki, onların onsuz da həyat tərzidir”.

“Səhlənkar və məsuliyyətsiz”

Bir sıra başqa respublikaçı millət vəkilləri hesabatın bir hissəsinin açıqlanması qərarını təhlükəli addım kimi pisləyiblər.

“Bu ağla sığan deyildir ki, komitə və Ağ Ev müttəfiqlərimizdən, ABŞ Dövlət Departamentindən gələn xəbərdarlıqlara, bu hesabatın ABŞ üçün yarada biləcəyi təhlükə barədə kəşfiyyat icmasının əlaqələndirilmiş yeni sənədinin mövcudluğuna rəğmən sənədin açıqlanmasını dəstəkləyib” – deyiblər Floridadan senator Marko Rubio və Aydahodan senator Jim Risch dekabrın 8-də yaydıqları bəyanatda.

Senatorlar belə bir narahatlıq ifadə ediblər ki, hesabatın açıqlanması “xaricdəki amerikalıların həyatını təhlükə qarşısında qoya”, “potensial olaraq zorakılığı artıra” və “düşmənlərimiz üçün səfərbərlik alətinə çevrilə bilər”.

“Sadə dillə desək, bu açıqlanma səhlənkar və məsuliyyətsiz addımdır” – bildirib senatorlar.

Konqresin Kəşfiyyat Komitəsinin sədri, ABŞ konqresmeni, respublikaçı Mike Rogers dekabrın 7-də CNN telekanalına verdiyi müsahibədə deyib ki, ABŞ-ın müttəfiqləri bu hesabatın açıqlanmasının “zorakılıq və ölümlər” törədəcəyi barədə proqnoz verirlər.

Hesabatın yarada biləcəyi zorakılığa bənzətmə olaraq, Rogers 2005-ci ildə Məhəmməd peyğəmbərin karikatürlərinin Danimarka qəzetində dərc olunmasının bir çox müsəlman ölkələrində baş qaldırmış iğtişaş və etirazları misal gətirib.

“Partizan taktikası”

Bəzi respublikaçı millət vəkilləri iddia edirlər ki, hesabat 2002-ci ildə MKİ-nin dindirmə proqramı barədə sərəncamı imzalamış Bush-u rüsvay etmək cəhdindən başqa bir şey deyil.

“Burada yeganə motiv George W. Bush-u gözdən salmaq ola bilərdi,– deyib Şimali Karolinadan senator Richard Burr, - Düşünmürəm ki, Kəşfiyyat Komitəsinin vəzifəsi bundan ibarətdir. ”

Politico.com saytı həmçinin respublikaçı senator Saxby Chambliss-dən iqtibas gətirir. Senator deyib ki, bu hesabat Bush-a qarşı “partizan taktikası” kimi qiymətləndirilə bilər.

Lakin hesabatda iddia edilir ki, MKİ Bush-u dindirmələr barədə lazımınca məlumatlandırmayıb və Ağ Evə “dəfələrlə natamam və qeyri-dəqiq məlumatlar” verib. Hesabatda qeyd olunur ki, 2006-cı ildə dindirmə texnikası barədə ilk brifinqdə Bush gördüyü bir dustaq fotosundan narahatlıq ifadə edibmiş. Həmin şəkildə “qalın materiala bələnmiş dustağın vanna otağına salındığı” əks olunmuşdu.

“Bu, Amerika deyil”

CNN telekanalına verdiyi müsahibədə müstəqil senator Angus King deyib: “MKİ proqramı adı altında Amerikaelə hərəkətlərə yol verib ki, biz bu əməllərə görə İkinci Dünya Müharibəsindən sonra yaponları mühakimə etmişik”.

“Bu Amerika deyil – deyib King, - Bu biz deyilik. Bu bizim ucalığımızı heçə endirib və dünya boyunca terrorçuları qızışdırıb”.

Hesabat barədə Senatda çıxış edən McCain deyib kİ, “həqiqət bəzən udulması çətin olan həb kimidir”.

“Bu, bəzən ölkədə və xaricdə çətinliklər yaradır. Bundan bəzən bizə ziyan vurmaq üçün düşmənlərimiz istifadə edirlər. Lakin bütün bunları bilməyə Amerika xalqının haqqı var”– deyib senator.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG